"Metyu" 283 can aldı, Obama fövqəladə vəziyyət elan etdi
“Metyu” qasırğası nəticəsində ölənlərin sayı 283 nəfəri ötüb.
APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, təbii fəlakət nəticəsində ölənlərin əksəriyyəti Haiti vətəndaşıdır.
Ən çox ölüm halları - 90 hadisə Şantal kommunasında qeydə alınıb, Lez Anqle kommunasında isə 85 nəfər təbii fəlakətin qurbanı olub. Qasırğa 35 minədək insanı evsiz qoyub. Axtarış-xilasetmə işləri davam etdirilir.
Güclü qasırğa Jeremi şəhərini yerlə yeksan edib. Yaşayış məntəqəsində tikililərin 80 faizi tamamilə uçub.
Təbii fəlakət səhər saatlarında ABŞ-ın Florida, daha sonra isə Corciya, Şimali və Cənubi Karolina ştatlarına çatacağı bildirilir.
Bu vaxta qədər isə qasırğanın yaxınlaşması səbəbindən Kubada bir milyondan çox adam təhlükəli ərazilərdən təxliyə edilib.
Qasırğa ABŞ sahillərinə də fəsadsız ötüşmür. İki gün öncə məhz bu səbəbdən Floridaya səfərini təxirə salan prezident Barak Obama Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət rejimi elan edib.
Qeyd edək ki, “Metyu” qasırğası 2007-ci ildən bu vaxtadək qeydə alınan tufanlardan ən güclüsüdür.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir