İstanbulda partlayış törədən şəxs yaxalandı: PKK İZİ
İstanbulda törədilən son terror aktını PKK-nın həyata keçirdiyi məlum olub. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu, İstanbul terrorla mübarizə və mili təhlükəsizlik şöbəsi əməkdaşlarının birgə çalışmaları nəticəsində sübuta yetirilib.
Ətrafdakı təhlükəsizlik kameralarının izlənməsindən sonra partlayıcını ərazidə yerləşdirən şəxsin idarə etdiyi motosikletin dövlət nömrə nişanı müəyyən edilib. Motosikletin sahibi nəqliyyat vasitəsinin oğurlanmadığını, bir dostuna verdiyini deyib. Hüquq mühafizə orqanları həmin şəxsin kimliyini və onun PKK ilə əlaqədə olduğunu müəyyən ediblər. Keçirilən əməliyyat nəticəsində onun Konyanın Aksaray qəsəbəsində yaxalandığı bildirilir. Hadisəni törədən şəxsdən başqa daha 5 nəfər də saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir