Əsəd: "ABŞ-dan hər şey gözləmək mümkündür"
"Rəsmi Vaşinqton Suriya daxilində Rusiya ilə bilavasitə toqquşmaya yol verməmək üçün effektiv addımlar atacağına bir o qədər də inanmıram". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Suriya prezidenti Bəşər Əsəd səsləndirib.
O, eyni zamanda Rusiyanın ABŞ-la münasibətlərinin toqquşma həddinə çatmaması üçün müəyyən addımlar atdığına inandığını da bildirib. Bəşər Əsəd həmçinin hazırda Suriya daxilindəki vəziyyətin idarəolunmaz məcrada inkişaf etdiyini və Karib böhranını istisna olmaqla, İkinci Dünya müharibəsindən sonra böyük dövlətlər arasında hər hansı gərginliyin yaşanmadığını vurğulayıb.
"Hazırda isə vəziyyət bir qədər fərqlidir. ABŞ-ı artıq güclü dövlət rəhbərləri idarə etmir. Güclü liderin olmadığı halda isə onlardan hər şey gözləmək mümkündür. Daha doğrusu, hər zaman ancaq xoşagəlməz hadisələr gözləmək lazımdır", - deyə Bəşər Əsəd bildirib.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir