ABŞ Suriya ordusuna zərbələr endirəcəyini inkar etmir
Vaşinqton Suriya ordusuna zərbələr endirəcəyini istisna etmir. APA TV-nin Rysiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Coş Ernest deyib.
Bununla belə o, Suriya ordusuna zərbələrin endirilməsini istisna etməsə də, bunun ABŞ-ın maraqlarına uyğun olacağına şübhə etdiyini qeyd edib.
“Zorakılığın azaldılması və Hələbdəki vəziyyətin nizamlanması məqsədilə Əsəd rejiminə qarşı hərbi əməliyyatlar, çox güman ki, milli maraqlarımıza zidd olacaq və gözlənilməz ciddi fəsadlara gətirib çıxaracaq. Lakin mən hər-hansı imkanların nəzərdən keçiriləcəyini istisna etmirəm”, - deyə Ernest brifinqdə jurnalistlərin müvafiq sualına cavabında bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ mətbuatında Vaşinqtonun Suriya ordusuna zərbələr endirilməsi imkanının nəzərdən keçirdiyinə dair məlumatlar yayılıb.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir