ABŞ generalı Rusiya və Çinlə müharibəyə başlanacağının siqnallarını verdi

"Rusiya və Çinə qarşı çoxsaylı itkilərlə nəticələnəcək müharibənin başlayacağı ilə bağlı ehtimallar artmaqdadır". APA TV-nin məlumatına görə, müharibənin qaçılmazlığı ilə bağlı fikirlər Amerikan hərbi dairələrində səslənir.

 

ABŞ ordusunun baş qərargah rəisi, general Mark Milli hər iki dövlətə qarşı aparılacaq müharibənin sürətli olacağı və çoxsaylı itkilərlə nəticələnəcəyini bildirib.

 

Generalın sözlərinə görə, son zamanlar Rusiya və Çinin hərbi sənaye sahəsində atdığı addımlar Ağ Evi ordunu Koreya müharibəsindən keçən dövr ərzində heç vaxt aparmadığı müharibəyə hazırlaşmağa vadar edib.

 

Ordudakı mənbələr başlayacaq hərbi əməliyyatların qarşısı alınmaz nəticələrə gətirib çıxaracağını da gizlətməyib.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR