İstanbulda partlayış: yaralılar var

Türkiyədə polis mərkəzi yaxınlığında güclü partlayış olub. APA TV-nin məlumatına görə, hadisə İstanbul şəhərinin Yenibosna bölgəsində yerləşən 75-ci polis mərkəzi yaxınlığında baş verib.

 

İlkin məlumatlara görə, mərkəz yaxınlığında bir avtomobil partladılıb. Nəticədə biri ağır olmaqla beş nəfər yaralanıb. Partlayışın ardından bölgədə silah səsləri duyulub. Hadisə yerinə bomba mütəxəssisləri, ambulanslar və zirehli avtomobillər cəlb olunub. Polis insanları ərazidən uzaqlaşdırıb.

 

Qeyd edək ki, bu polis mərkəzinə 8 dekabr 2012-ci ildə də hücum olub. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR