SEPAH generalı: "İran olmasaydı, İŞİD xilafət quracaqdı"

"İŞİD İranı məhv etmək məqsədi ilə yaradılıb". APA TV-nin "IRNA" Agentliyinə istinadən məlumatına görə, bu fikirləri "İnqilab Keşikçiləri" korpusunun komandirlərindən biri, general-mayor Qasım Süleymani səsləndirib.

 

O deyib ki, İranın İŞİD-ə qarşı atdığı addımlar olmasaydı, qruplaşma regionda öz dövlətini yaratmaq məqsədinə nail olacaqdı.

 

Q. Süleymani həmçinin İraq və Suriya müharibələrinin başladığı vaxtdan bu günədək İŞİD silahlılarına qarşı döyüşlərdə "İnqilab Keşikçiləri" korpusunun bir neçə döyüşçüsünün öldürüldüyünü də xatırladıb.

 

Qeyd edək ki, bu günə qədər İran rəsmiləri dəfələrlə hərbçilərinin Suriya və İraqda döyüşdüyünü inkar edərək, onların adı çəkilən ölkələrə yalnız məsləhətçi qismində getdiyini bildirirdi. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR