Bakıda kollecdən 34 noutbuk oğurlayan şəxs tutuldu
Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşları kollecdən oğurluq faktının üstünü açıb.
APA TV-nin xəbərinə görə, həyata keçirilən əməliyyat nəticəsində Bakı İdarəetmə və Texnologiya Kollecindən 34 ədəd noutbuk, 3 ədəd proyektor və monitor oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Həsən Abdullayev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, H.Abdullayev işlədiyi kollecin saxlanc yerinin açarlarını qanunsuz olaraq əldə edəndən sonra müxtəlif vaxtlarda oradan oğurluqlar edib.
Saxlanılan şəxs ifadəsində oğurladığı noutbuk və digər kompüter avadanlıqlarını paytaxtın müxtəlif ticarət mərkəzlərində dəyər-dəyməzinə satdığını bildirib: "Kollecdə fəhlə işləyirəm. Anbarın açarları yerə düşmüşdü. Götürüb açdım, içəri keçdim. 10-12 gün içində orada olan noutbukları çıxarıb apardım. Təxminən 3000 manat pul əldə etmişəm".
Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir