Zaqatalada 18 yaşlı gənci ilan sancdı

Zaqatalada təsərrüfatda işləyən oğlanı ilan sancıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, bu gün günorta saatlarında rayonun Yengiyan kənd sakini, 1998-ci il təvəllüdlü Əlixanov Qurban Fərman oğlunu ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi zamanı məlum olub ki, 18 yaşlı Qurban torpaq sahəsini sulayarkən qəfildən ilan onun sol ayağına sarmaşıb və sol ayağının topuqdan yuxarı nahiyəsindən sancıb. Xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən Qurbana lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub, vəziyyətinin orta-stabil olduğu bildirilir.

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR