Şoyqu meydan oxudu: "Silahımızın gücünü Suriyada gördülər"

"Rusiyanın istehsalı olan silahların effektivliyini Suriya nümunəsində bütün dünya gördü". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu fikirləri ölkənin müdafiə naziri Sergey Şoyqu səsləndirib.

 

Nazir eyni zamanda Rusiyanın bir ildən çoxdur Suriyada anti-terror əməliyyatları keçirdiyini qeyd edib və bu əməliyyatın nəticələrinin yaxın gələcəkdə ölkənin müdafiə sənayesi kompleksində çalışan mütəxəssislər tərəfindən nəzərə alınacağını bildirib.

 

Müdafiə naziri deyib ki, Suriyadakı əməliyyatlar zamanı Hərbi Hava Qüvvələri terrorçuların daha sıx toplaşdığı məkanlara havadan zərbələr endirib, bununla yanaşı, həm də suriyalılara humanitar yardımların çatdırılması ilə məşğul olub.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR