Türkiyə sərhədində dəhşətli terror: rəsmi şəxslər öldü

Suriyada çadır şəhərciyində terror aktı baş verib. APA TV-nin məlumatına görə, hadisə Türkiyə sərhədinin bir kilometrliyində yerləşən Atme şəhərciyində qeydə alınıb.


Mülki şəxslərin təhlükəsizliyini qoruyan Azad Suriya Ordusuna məxsus döyüşçülər növbə dəyişərkən şəhərciyə girməyi bacaran bir terrorçu özünü partladıb. 20-dən artıq insan ölüb, onlarla yaralı var. Ölən və yaralıların böyük hissəsinin Azad Suriya Ordusu döyüşçüləri olduğu bildirilir. İtkilərin artacağı istisna edilmir.

"Al-Jazeera"-nin xəbərinə görə, Hələbin Məhkəmə Şurasının sədri Xalid Seyid və baş prokuror Məhəmməd Fərac da ölənlər arasındadır.
 

Hücumu İŞİD terror təşkilatı sosial media hesablarından açıqlama verərək öz üzərinə götürüb.
 

Türkiyə baş nazirinin müavini  Numan Kurtulmuş Atme çadır şəhərciyində baş verən hadisəni "bəşəri cinayət" adlandırıb.
 

Qeyd edək ki, şəhərcikdə Suriyadan olan qaçqınlar məskunlaşıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR