Rusiya ABŞ-la nüvə tədqiqatı sahəsində əməkdaşlığı dayandırdı

Rusiya Birləşmiş Ştatlarla nüvə tədqiqatları sahəsində əməkdaşlığı dayandırıb.

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən açıqlama verilib.

 

Açıqlamada Rusiyanın bu addımı rəsmi Vaşinqtonla münasibətlərin son zamanlar daha da kəskinləşməsindən sonra atdığı qeyd edilib.

 

Rusiyanın nüvə sahəsində fəaliyyət göstərən "Rosatom" Korporasiyası isə iki dövlət arasındakı nüvə razılaşmasının məhz ABŞ-ın mövqeyi səbəbindən faktiki olaraq qüvvəsini itirdiyini vurğulayıb.  

 

Sözü gedən sənəd 2013-cü ilin sentyabr ayında Vyanada imzalanıb, bundan altı ay sonra isə ABŞ-ın Energetika Nazirliyi Moskvanı Ukrayna hadisələri səbəbindən atom enerjisi sahəsində əməkdaşlığın davam etdirilə bilməyəcəyi haqqında xəbərdar edib: “Sözü gedən sənədi biz faktiki fəaliyyətsiz sənəd də adlandıra bilərik. Çünki müqavilə mövcud olsa da,  2014-cü ilin əvvəlində ikitərəfli münasibətlər gərginləşdiyindən, xüsusilə də sanksiların tətbiqinə görə Dövlət Departamentinin saytında Rusiya ilə nüvə əməkdaşlığının davam etdirilməyəcəyi bildirilib”.

 

Bundan iki gün əvvəl isə Moskva ABŞ-la plutonun utilizasiyası haqqında razılaşmasının dayandırıldığını açıqlayıb. Kreml bu qərarını qarşı tərəfin müqavilə müddəalarını pozduğu, eləcə də Vaşinqtonun dostluqdan kənar fəaliyyəti ilə əsaslandırıb. Müqavilənin yenidən qüvvəyə minməsi üçün Rusiya tərəfi ölkəyə tətbiq edilən sanksiyaların ləğvi, o cümlədən məhdudiyyətlərlə bağlı dəymiş ziyanın ödənilməsini tələb edib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR