İŞİD pişiklərə də qənim kəsildi - ŞOK FƏTVA
İŞİD-in nəzarətində olan İraqın Mosul şəhərində terrorçu qruplaşmanın qazılar şurası fətva verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, şəhər sakinlərinə pişik saxlamaq qadağan edilir.
Fətvadan sonra terrorçular evlərdə yoxlamalar aparmağa başlayıb. Pişik bəsləyənləri hansı cəzanın gözlədiyi açıqlanmasa da bunun ağır olacağı bildirilib.
Xatırladaq ki, Mosulda 2 milyon insan yaşayır. Vəziyyət isə olduqca ağırdır. Şəhərdə ərzaq qıtlığı yaşanır və bahalıqdır.
Ehtimal olunur ki, İŞİD bu fətva ilə pişiklərdən qida vasitəsi kimi istifadə etmək istəyir. Çünki bundan öncə terrorçu qruplaşma tərəfindən ev heyvanları haqqında heç bir fətva verilməyib. Əksinə, insanların pişiklərə olan sevgisindən istifadə edərək, terrorçular onlarla tez-tez foto çəkdirərək sosial şəbəkələrdə İŞİD-in piarını aparıblar.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir