Tramp: "Mənim Putini sevdiyimi deyirlər, mən isə..."

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp budəfəki çıxışında da Kreml rəhbəri Vladimir Putin haqqında danışıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, milyarder özünün guya V.Putini sevdiyi barəsində yayılan xəbərləri təkzib edib.

 

Bununla belə, namizəd deyib ki, indiki halda Birləşmiş Ştatlar və Rusiyanın İŞİD təhlükəsinə qarşı birgə mübarizə aparması daha məqsədəuyğun olardı. "Mənim Vladimir Putini sevdiyimi deyirlər. Mən onu nə sevirəm, nə də nifrət edirəm. Görək, sonu hara gedib çıxacaq", - deyə, D. Tramp bildirib.

 

Eyni zamanda o, seçkilərdə qalib gələcəyi təqdirdə, rəsmi Moskva ilə əsasən də Suriya məsələsində münasibətlərin hansı məcrada inkişaf edəcəyini bilmədiyini qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR