“Goldman Sachs”: Neftin qiyməti 55 dollar civarında dəyişəcək

Dünya bazarında neft bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, axşam birjalarında "Brent" neftinin qiyməti yeni rekord müəyyənləşdirib.


Son iki ay ərzində ilk dəfə olaraq bu markadan olan neftin bir bareli 52,03 dollardan satılıb. Səhər seanslarında "Brent" nefti 51,57 dollardan satılır.  Qərbi Texas nefti də bahalaşmaqdadır. Uzun müddətdən sonra ilk dəfə olaraq WTİ neftinin qiyməti 50 dollara yaxınlaşıb. Hərraclarda bu markadan olan neft 49,55 dollardan satılır. Bu da son ayların ən yüksək göstəricisidir.

 

ABŞ-ın xam neft və benzin ehtiyatlarının azalması neftin yüksəlməsinə səbəb olur. Amerika Neft İnstitutunun açıqlamasına görə, xam neft ehtiyatı ötən həftə 2,98 milyon barel azalıb. Yanvar ayından bəri ilk dəfə 500 milyon barelin altına düşüb. Analitiklər isə ehtiyatların artacağını düşünürdü. “Goldman Sachs” xam neftin qiymətinin 55 dollar civarında dəyişəcəyini təxmin edir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR