Dollar 1,61 manatdan aşağı düşdü
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dollar oktyabr ayının 4-ü ilə müqayisədə manat qarşısında dəyər itirərək 1,6036 manat olub.
Avro da ucuzlaşıb. Avrozonanın vahid valyutası hazırda 1,7956 manat dəyərindədir.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0396 manatdır. Beləliklə, funt sterlinqin kursunda da ucuzlaşma qeydə alınıb.
Rusiya rublunun məzənnəsi dəyişməyib, Türkiyə lirəsi və Gürcüstan larisi isə ucuzlaşıb. Hazırda 1000 rublun məzənnəsi 25 manat 70 qəpik, 100 türk lirəsi isə 52 manat 48 qəpik, 100 lari hazırda 68 manat 24 qəpikdir.
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir