Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

Bakının Suraxanı rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Yeni Günəşli qəsəbəsi ərazisində yolu keçmək istəyən 76 yaşlı Zaman Mədət oğlu Quliyevi maşın vurub. Piyada ağır xəsarətlər alıb. O, hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib.

 

Həkimlərin səyinə baxmayaraq, Zaman Quliyevin həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.

 

Hadisə yerində polis əməkdaşları olublar. Müayinələr aparılıb və müvafiq ekspertizalar təyin edilib. Polisdən verilən məlumata görə, sürücü saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR