Bakı avtovağzalında 34 yaşlı kişini bıçaqlayıb qaçdılar
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 34 yaşlı Fərid Atakişiyev Bakı Beynəlxalq Avtovağzalı ərazisində bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Fərid Atakişiyevi bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Hadisə yerinə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları gəliblər. Şahidlər dindirilib, avtovağzal ərazisindəki müşahidə kameralarının görüntülərinə baxış keçirilib. Yaralını dindirmək hələlik mümkün olmayıb.
Hadisəni törədən şəxsin axtarışları davam edir. Faktla əlaqədar cinayət işi başlanıb
OXŞAR XƏBƏRLƏR
13:52
280
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
657
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
551
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
653
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
437
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
427