Bakıda qəza törədən sürücü yaralı qadınları qoyub qaçdı
Bakının Sabunçu rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Aeroport şossesi ilə Mərdəkan istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıda hərəkət edən VAZ-21015 markalı avtomobilə çırpılıb. Qəza zamanı VAZ markalı avtomobildəki sərnişinlər - 70 yaşlı Gilas Əliyeva və 50 yaşlı Rübabə Orucova xəsarətlər alıblar.
Yaralılara ilkin yardımı hadisə şahidləri göstəriblər. Daha sonra xəsarət alanlar xəstəxanaya aparılıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədən “Mercedes”in sürücüsü hadisə yerindən qaçıb.
Yol polisi əməkdaşları hadisə yerindən qaçan sürücünün kimliyini müəyyən ediblər. Faktla əlaqədar başlanan araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
13:52
280
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
657
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
551
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
653
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
437
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
427