Ərdoğanın qızının mühafizəçilərinə aid silahları oğurlayanlar tutuldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Ərdoğanın mühafizəçilərinin silahları oğurlanıb. APA TV-nin məlumatına görə, Qadın və Demokratiya Dərnəyinin sədr müavini Süməyyə Ərdoğanın mühafizə dəstəsində xidmət keçən polis əməkdaşı yük yerində 1 avtomat, 3 tapança, 12 patron  darağı və fişənglərin olduğu avtomobili İstanbulda evinin yanında saxlayıb. Maşına qayıdan polis əməkdaşı silahların olduğu çantanın oğurlandığını görüb və bu barədə polis idarəsinə məlumat verib.

 

Oğruların tutulması üçün xüsusi əməliyyat qrupu yaradılıb. Ərazidəki 700 müşahidə kamerasının görüntülərini araşdıran əməliyyatçılar şübhəliləri müəyyən ediblər. Keçirilən əməliyyat zamanı biri qadın olmaqla 5 nəfər tutulub. Onlar silahların gizlədildiyi yeri göstəriblər. Oğurluq silahlar torpağın altından çıxarılıb.

 

Tutulan şəxslər barəsində həbs qərarı çıxarılıb, avtomobili idarə edən polis əməkdaşı haqqında araşdırmalara başlanılıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR