Mağazaların qənimi olan dəstə üzvləri ələ keçdi - BİRİ QADINDIR
Binəqədi Polis İdarəsinin əməliyyatçıları rayon ərazisində yerləşən mağazalardan birini qarət etməkdə şübhəli bilinən 3 nəfəri yaxalayıb. APA TV-nin məlumatına görə, saxlanılan şəxslərdən biri qadındır.
Hadisə sentyabrın 29-u Binəqədi rayon ərazisində baş verib. 6-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini Mürvət Talıbov gecə saatlarında mağazasının qarət olunduğunu bildirib.
Məlum olub ki, mağazaya daxil olan oğrular içəridə quraşdırılmış nəzarət kameralarını sındırıblar. Araşdırmalar nəticəsində əvvəllər də məhkum olunmuş Kəlbəcər rayon sakini Vidadi Quliyev saxlanılıb. Vidadi ifadəsində oğurluğu Kürdəmir rayonundan olan qohumu Sadiq və onun tanışı Gülnar adlı qadınla törətdiyini bildirib. Sadiq isə ifadəsində bildirib ki, Gülnar yalnız epizodların birində onlarla bərabər olsa da, oğurluğa getdiklərindən xəbərsiz olub: "Vidadi xalam qızının yoldaşıdır, Hövsana gəlib gedirdi. Qohum kimi ordan tanıdım. 3-4 epizod olub, aralarında alınmayanı da olub. Ərazini Vidadi tanıyırdı".
Sadiqdən fərqli olaraq, dəstənin başçısı Vidadi Quliyev əməlindən peşmanlıq hissi çəkdiyindən, kameralar qarşısında göz yaşlarını saxlaya bilməyib.
Dəstənin 6 mağaza qarətində iştirak etdiyi bildirilir. Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir