Müəllim günündə faciə: Auditoriyada öldü
Bakıda fəaliyyət göstərən özəl ali təhsil müəssisələrindən birində ölüm hadisəsi baş verib. APA TV-nin "Lent.az"a istinadən məlumatına görə, Azərbaycan Universitetində riyaziyyat fənnindən dərs deyən fəlsəfə doktoru, 1963-cü il təvəllüdlü Teymurov Rafiq Ağacan oğlu dərs zamanı qəfil yıxılıb. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, R. Teymurov daha əvvəl bir dəfə infarkt keçiribmiş. Yaxınlarının bildirdiyinə görə, onun səhhətində son günlər ciddi problem olmayıb və oktyabrın 2-də toy məclisində iştirak edib.
Vəfat edən müəllim həm də sabiq təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal idarəetmə” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı