"Fərat qalxanı" əməliyyatı: 1 türk əsgəri şəhid oldu, 3-ü yaralandı

Türkiyənin Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatında daha bir əsgər şəhid olub, 3-ü yaralanıb. APA TV-nin məlumatına görə, döyüşlərdə 18 İŞİD-çinin məhv edildiyi bildirilir.


Hadisə Rai bölgəsinin şərqində, terrorçuların qəfil hücumu nəticəsində qeydə alınıb. Türk Silahlı Qüvvələrinin açıqlamasında bildirilir ki, Azez-Rai bölgəsində xüsusi təyinatlılarının atəşi nəticəsində müxaliflər Türkmən Barı, Kuaybah, Boztəpə və Hardahandakı məhəllələri nəzarətə alınıb.  

Gün ərzində davam edən döyüşdə iki müxalif döyüşçü şəhid olub, 17-si yaralanıb.

Əməliyyatların 43-cü günündən bu vaxta qədər 115 yaşayış məntəqəsinin terrorçulardan təmizləndiyi deyilir. Bu çərçivədə 75 İŞİD mövqeyinə 221 Fırtına topu, 14 dəfə tank zərbəsi endirilib. Bunun nəticəsində silah anbarları, müvəqqəti sığınacaqlar və iki hərbi texnika sıradan çıxarılıb.

Hava qüvvələri tərəfindən Aktarim, Rasm əl Vard, Kabtan və Dabıkdakı terrorçuların komandanlığına aid iki bina, 1 nəzarət nöqtəsi məhv edilib.

Türk Silahlı Qüvvələrindən yayılan açıqlamada əlavə edilir ki, bütün bu əməliyyatlar zamanı mülki əhaliyə heç bir ziyan dəyməməsi və onların arasında itki olmaması üçün bütün tədbirlər diqqətə alınıb.

"Qızıl Aypara" tərəfindən Azad Suriya Ordusunun döyüşçüləri ilə bərabər bölgədəki əhaliyə də isti yemək verilib, tibbi xidmətlər göstərilib.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR