Alyaskada iri neft ehtiyatları tapıldı
“Caelus Energy” şirkəti Alyaskada iri neft ehtiyatlarının aşkarlandığını bəyan edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Apollo Global Management” Fondu tərəfindən dəstəklənən şirkət Şimal Qütb dairəsindən 480 km şimalda yerləşən şelfdə zəngin neft ehtiyatları aşkarladığını bəyan edib.
“Caelus Energy” şirkəti yataqdan 1,8-2,4 mlrd. barelədək neft (240-321 mln. ton) hasil etmək mümkün olacağını bildirib.
Proqnozların gerçəkləşəcəyi təqdirdə, yataqdan gündəlik 200 min barel yüngül neft hasil etmək mümkün olacaq.
“Bunu etmək çətin olacaq, lakin bizim bütün dünyada bu cür layihələrimiz var”, - deyə şirkətin rəhbəri Ceyms Müsselman bildirib.
“Caelus” hasil ediləcək neftin daşınması üçün 800 mln. dollar dəyərində 200 km uzunluğunda sualtı neft borusu inşa etməyi planlaşdırır.
Məlumata görə, şirkət layihə çərçivəsində artıq iki quyu qazıb, daha bir quyunun qazılması 2018-ci ilin yanvarına planlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı