ABŞ-ın ehtiyatları yenə azalmağa başladı, neftin qiyməti 52 dollara yaxınlaşır
Dünya bazarında neft bahalaşmaqda davam edir. Birjaların gecə seanslarında “Brent” neftinin qiyməti yeni rekord müəyyənləşdirib. Son iki ay ərzində ilk dəfə olaraq bu markadan olan neftin bir bareli 51,40 dollardan satılıb. Qərbi Texas nefti də bahalaşmaqdadır. Uzun müddətdən sonra ilk dəfə olaraq WTİ neftinin qiyməti 50 dollara yaxınlaşıb. Hərraclarda bu markadan olan neft 49,29 dollardan satılır ki, bu da son ayların ən yüksək göstəricisidir.
Qiymətlərin bahalaşmasına ABŞ-ın xam neft və benzin ehtiyatlarının azalması səbəb olub. Amerika Neft İnstitutunun hesablamalarına görə, ölkənin hasil olunmuş neft ehtiyatlarının həcmi yenə azalıb. Bu ehtimal təsdiqlənsə, ABŞ-ın neft və benzin ehtiyatları beşinci həftə ard-arda azalmış olacaq. ABŞ Energetika Nazirliyi ehtiyatların həcminə dair rəsmi hesabatı bu gün açıqlayacaq.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı