Bakıda mağaza sahibi güllələndi
Bakıda qətl törədilib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə qəsəbəsində yerləşən mağazalardan birində qeydə alınıb.
Bakı şəhər sakini, 38 yaşlı Rauf Cəbrayılov aralarında yaranmış münaqişə zəminində mağazanın sahibi, 47 yaşlı Zakir Məcidovu güllələyib. Nəticədə Z.Məcidov aldığı xəsarətdən hadisə yerində keçinib.
Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törədən R.Cəbrayılov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR
16:26
155
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
326
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
674
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
554
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
657
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
441