ABŞ, Kuba, Yaponiya iflic vəziyyətdə: güclü qasırğa fəsadlar yaratdı
Sonuncu dəfə 2007-ci ildə Atlantik okeanı üzərində müşayiət olunan "Mettyu" qasırğası Kubanın şərqində yerləşən Moisi şəhərində ciddi fəsadlar törədib. APA TV-nin Rusiya saytlarına istinadən məlumatına görə, qasırğanın sürəti saatda 120 kilometrə çatır.
Quantanamo rəhbərliyi də daxil olmaqla "Azadlıq adası"nın bütün şərq sahillərində insanların xilası üçün hərəkətə keçilib.
Təbii fəlakətin turistik Barakoa və Quantamo əyalətinə doğru irəlilədiyi bildirilir. Qasırğanın Quantanamo həbsxanasının yaxınlığındakı ABŞ-ın hərbi-dəniz bazasına da zərər vuracağı istisna edilmir.
Kuba ərazisində artıq bir milyona yaxın insanın təhlükəsiz bölgələrə təxliyə edildiyi vurğulanır.
Bu arada Dominikan Respublikası və Haitidə artıq insan itkisi barədə məlumatlar yayılıb. Dominikanda 4, Haitidə isə bir nəfərin öldüyü bildirilir. Haitidə bundan əlavə itkin düşənlərin də olduğu ehtimal edilir.
"Mettyu" qasırğasının episentri Kolumbiyanın Qalinas burnundan 710 kilometr cənuba - Yamaykanın paytaxtı Kinqstona yaxındır.
ABŞ-ın Florida ştatı da təhlükəli bölgə hesab olunur. Adı çəkilən ştata prezident Barak Obama səfərini təxirə salmağa məcbur olub.
Yaponiya da təbii fəlakətin cəngindədir. Ölkə sahillərinə "Çaba" fırtınası yaxınlaşır. Bu səbəbdən Yaponiyada 85 aviareys təxirə salınıb. Fırtınanın Küsü adasında effektli olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı