OPEK təmsilçisi: "Tarixi razılaşmaya Azərbaycanın da qoşulacağına inanıram"

Venesuelanın neft naziri Euloxio Del Pino dünyada neft istehsal edən ölkələrin hasilatı azaldacağına əminliyini ifadə edib. APA TV-nin məlumatına görə, o, bu razılaşmaya OPEK üzvü olmayan ölkələrin də qoşulacağına ümidvar olduğunu bildirib.

"Hasilatın 1,2 milyon barelə qədər məhdudlaşdırılacağını proqnozlaşdırıram. Əlcəzairdə əldə olunan razılaşma 700 min barel təşkil edir. Amma kartelə üzv olmayan ölkələri də bunun üstünə gəlsək, fikirləşdiyim göstərici real ola bilər. Düşünürəm ki, Rusiya, Azərbaycan Oman və Qazaxıstan bu məsələyə müsbət yanaşacaqlar", - deyə nazir qeyd edib.

Xatırladaq ki, OPEK üzvləri hasilatı sutkada 33 milyon barel diapazonunda saxlamaq qərarına gəliblər. Hər üzv ölkə üçün limit isə Vyanada noyabrın 30-da keçiriləcək toplantıda müəyyən olunacaq. Bu arada adı çəkilən kartelə üz olmayan ölkələrdən Rusiyanın iqtisadiyyat naziri neft hasilatının məhdudlaşdırılmasını dəstəklədiklərini bildirib.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR