ABŞ fond birjasında eniş: yapon ieni dəyər itirdi

Asiyanın nəhəng maliyyə bazarı hesab olunan Tokio Fond Birjasında ticarət seansları ölkənin milli valyutası olan yenin zəifləməsi fonunda dərəcələrin minimal yüksəlişi ilə başlayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ölkədəki 225 aparıcı şirkətin səhmlərinə təsir edən aparıcı indeks "Nikkei" birja əməliyyatlarının ilk 15 dəqiqəsində 0,03 faiz dəyər qəzanaraq, 16741,33 dərəcəyə yüksəlib. Daha geniş ticarət spektrini əhatə edən TOPIX indeksi isə 0,14 faiz artaraq, 1342,09 dərəcə təşkil edib.

 

Analitiklərin fikrincə, birjalardakı bu dəyişiklik ABŞ-da uçot dərəcələrinin artmasına dair gözləntilər fonunda milli valyutanın davam etməkdə olan zəifləməsinə investorların reaksiyası kimi qiymətləndirilməlidir.

 

Maliyyə ekspertlərinin əksəriyyəti Federal Ehtiyatlar Sistemi tərəfindən uçot dərəcələrinin artırılacağının labüd olduğu və bu artımın növbəti il ərzində daha iki dəfə həyata keçiriləcəyi qənaətindədir.

 

Yeri gəlmişkən, mütəxəssislər hesab edir ki, bu faktor yenin möhkəmlənməsi dövrünün daha uzun müddət davam edəcəyi təhlükəsini aradan qaldırdığından ABŞ-da dərəcələrin artırılmasına olan gözləntilərin fonunda milli valyutanın dollara nisbətdə zəifləməsi Yaponiya səhmləri üçün müsbət hal kimi dəyərləndirir.

 

Bu arada, Tokioda yeni ticarət gününün başlanması ilə dolların kursu ötən günün sonuna nisbətdə müəyyən qədər yüksəlib.

 

Yapon valyutasının zəifləməsi fonunda ölkənin əsas ixracatçılarından olan "Toyota Motors" qrupunun səhmləri 0,93 faiz, "Nissan" 1,19 faiz, "Mazda Motors" isə 2,34 faiz dəyər qazanıb.

 

ABŞ-da isə birja geridə qoyduğumuz ticarət gününü azalma ilə tamamlayıb. Bunu ticarət əməliyyatları barəsində məlumatlar da təsdiqləyir.

 

Belə ki, " Dow Jones" indeksi 0,47 faiz dəyər itirərək, 18168,45, "S&P 500" 0,50 faiz  azalaraq, 2150,49, "NASDAQ" isə 0,21 faiz azalaraq 5 289,66 dərəcə təşkil edib.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR