Tramp: "Rusiya Suriyadakı sülh danışıqlarını pozdu"
"Rusiya Suriyadakı sülh danışıqlarını pozdu və ABŞ hakimiyyətinə hörmət etmir". APA TV-nin Rusiya mətbuatına məlumatına görə, bu açıqlamanı ABŞ prezidentliyinə namizəd Donald Tramp Arizona ştatının Preskott-Velli şəhərində tərəfdarları qarşısında səsləndirib.
"Ruslar bizim ölkəmizə, bizim liderlərimizə saymazyana davranır. Onlar həmişə danışıqları pozurlar. İndi onlar atəş açırlar, bombardmanlar edirlər. Buna son qoyulmalıdır, özü də tez bir zamanda", - deyə o bildirib.
Xatırladaq ki, Dövlət Departamentinin rəsmisi Elizabet Trüdo ötən gecə Rusiya ilə Suriya danışıqlarını dayandırdıqlarnı açıqlayıb və buna görə Rusiyanı ittiham edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə, əksinə, danışıqların pozulmasında Vaşinqtonu günahlandırıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı