Zaqatalada 2 mərtəbəli ev yandı
Zaqatalada fərdi yaşayış evində yanğın olub. Yanğın oktyabrın 4-ü axşam saat 22:20 radələrində Zaqatala şəhəri, Aslanbəy Qardaşov küçəsi 24-də, Qumru Nurəddin qızı Əliyevaya məxsus ümumi sahəsi 240 kv/m olan ikimərtəbəli 8 otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Hadisə yerinə FHN-nin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının qarşısı alınıb. Yanğın zamanı evin ikinci mərtəbəsinin tavan hissəsinin 96 kv/m-lik sahəsinin yanar konstruksiyaları və iki otaqda olan ev əşyaları yanıb.
Ev sahibləri Bakı şəhərində yaşadığı üçün yanğın baş verən zaman ev boş olub.
Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı