Türkiyədə PKK ilə növbəti döyüş: 2 şəhid, 3 yaralı

Türkiyədə PKK terrorçuları Jandarma birlikləri üçün bina inşa edilən ərazini raket və avtomat silahlarla atəşə tutub. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə Diarbəkirlə Bingöl əyalətləri arasında qeydə alınıb.

Terrorçulara qarşılıq verilib, atışma başlayıb. Nəticədə iki zabit şəhid olub, 3 əsgər yaralanıb. Yaralılar təcili yardım maşınları ilə Diyarbəkirə aparılıblar.

Bölgədə antiterror əməliyyatları genişləndirilib. Terrorçuların qaçıb gizlənə biləcəkləri ərazilər nəzarətə götürülüb.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR