Putin İstanbula gedir - VAXT AÇIQLANDI

Rusiya prezidenti Vladimir Putin oktyabrın 10-da Türkiyəyə səfər edəcək.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
 

O, Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağını və Ümumdünya Enerji Konqresində çıxış edəcəyini söyləyib: “Səfər oktyabrın 10-da baş tutacaq. Ümumdünya Enerji Konqresində çıxış və ikitərəfli görüşlər olacaq”, - deyə Uşakov qeyd edib.
 

Qeyd edək ki, Ümumdünya Enerji Konqresi oktyabrın 9-13-də İstanbulda keçiriləcək.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR