Tiflisdə Saakaşvilinin ən yaxın tərəfdarının maşını partladıldı
Gürcüstan paytaxtında ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin partiyasının liderlərindən birinə sui-qəsd təşkil edilb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, "Vahid Milli Hərəkat" partiyasının rəhbərlərindən olan Givi Tarqamadzenin avtomobili partladılıb.
Partlayış zamanı Givi Tarqamadzenin avtomobildə olmadığı bildirilir. Hadisə nəticəsində partiya funksionerinin sürücüsü və yaxınlıqdan keçən iki nəfər ağır xəsarətlər alıb. Avtomobil yararsız hala düşüb.
Hadisə yerinə polislər gəlib.
Xatırladaq ki, Gürcüstanda oktyabrın 8-i parlament seçkiləri keçiriləcək. Əsas rəqiblər isə hakim "Gürcü arzusu" və müxalif "Vahid Milli Hərəkat" partiyalarıdır.
OXŞAR XƏBƏRLƏR
16:26
164
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
330
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
676
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
556
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
658
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
441