Moskvada azərbaycanlılar məsciddə namaz qılarkən vəhhabilər təxribat törədib - HADİSƏ YERİNDƏN
Rusiya paytaxtının Sülh prospektində yerləşən Cümə məscidində azərbaycanlılarla vəhhabilər arasında insident baş verib. APA TV-nin "Lent.az"a istinadən məlumatına görə, hadisə axşam saatlarında baş verib. Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidə toplaşan azərbaycanlılar bir qrup vəhhabinin təxribatına məruz qalıb.
Azərbaycanlılar namaz qılarkən vəhhabi təriqətinə məxsus beş nəfər məscidə daxil olaraq "Allahu əkbər" deyə qışqırıb. Bu zaman azərbaycanlılarla onlar arasında mübahisə yaranıb. Hadisəyə dərhal məscidin ətrafında keşik çəkən polis müdaxilə edib. Həmin vəhhabilər məscidin arxa qapısından çıxarılaraq hadisə yerindən uzaqlaşdırılıb.
Ümumrusiya Azərbaycan Konqresinin Moskva bölməsinin icraçı direktoru Şamil Tağıyev APA-ya açıqlamasında insident nəticəsində azərbaycanlılardan xəsarət alan olmadığını bildirib. O, qeyd edib ki, Azərbaycanlılar uzun illərdir Sülh prospektindəki Cümə məscidinə toplaşırlar. Məscid təmir olunandan sonra azərbaycanlıların ora qrup halında buraxılışı heç bir səbəb göstərilmədən Rusiya Müftilər Şurası tərəfindən qadağan olunub. Faktiki olaraq, artıq bir ildən çoxdur ki, azərbaycanlılar Cümə məscidinə buraxılmır. Bu gün baş verən hadisə də məhz bununla bağlı olub. Məhərrəmlik ayının başlanması ilə əlaqədar azərbaycanlılar məscidə toplaşıb. Onların məsciddən uzaqlaşdırılması üçün bu təxribata əl atılıb. Nəticədə azərbaycanlıları məsciddən çıxarıblar.
Diaspor nümayəndəsi insident zamanı Moskvadakı "Əhli-Beyt" cəmiyyətinin sədri Nizami Baloğlanovun saxlanılması məsələsinə aydınlıq gətirilib. Onun sözlərinə görə, N. Baloğlanov hadisə yerinə gələn yüksək vəzifəli polislər tərəfindən dindirilmək üçün məsciddəki otağa aparılıb. Həmin vaxt azərbaycanlılar məscidin həyətində toplaşıblar. N. Baloğlanov polislərlə söhbət etdikdən sonra məscidin həyətinə toplaşan həmyerlilərimizə dağılışmağı məsləhət görüb və bundan sonra azərbaycanlılar məscidi tərk ediblər.
Ş. Tağıyev hazırda məsciddə heç bir gərginlik yaşanmadığını qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı