2 bina yerlə yeksan oldu: ABŞ-DA MÜƏMMALI PARTLAYIŞ

ABŞ-ın Nyu-Cersi ştatında güclü partlayış nəticəsində iki yaşayış binası uçub. APA TV-nin verdiyi məlumata görə, Peterson şəhərində baş vermiş partlayışa səbəb qaz sızması olub.

 

“NBC 4 New York” telekanalının məlumatına görə, partlayışdan sonra baş vermiş yanğın nəticəsində daha bir binaya ciddi ziyan dəyib.

 

Hadisə yerinə çoxlu sayda yanğın söndürənlər və xilasedicilər cəlb olunub.

 

Ölən və xəsarət alanlar barədə hələlik məlumat verilmir.  

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR