Xaçmazda yaşayış evi yandı
Bu gün Xaçmaz rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacıəlibəyli kəndində qeydə alınıb.
Kənd sakini, 1977-ci il təvəllüdlü Cahid Məmmədova məxsus ümumi sahəsi 60 kvadrat metrlik mənzilin 30 kvadratmetri yanıb. Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı evdə heç kim olmayıb. Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR
16:26
162
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
327
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
675
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
555
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
657
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
441