Ermənistanın dövlət borcu 5 milyard dolları keçib
"2014-2016-cı illərdə Ermənistanın dövlət borcu ümumilikdə 900 milyon dollar həcmində artıb. Hazırda bu məbləğ 5 milyard 344 milyon ABŞ dolları təşkil edir. Əgər biz bu vəsaiti cəlb etməsəydik, vəziyyət daha çətin olacaqdı".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Ermənistanın yeni maliyyə naziri Vardan Aramyan səsləndirib.
V.Aramyan deyib ki, buna təsir edən amillər əsasən büdcə kəsirinin artması, hökumətin xarici təsirləri azaltmaq üçün borc qismində daha çox vəsait cəlb etməsi, habelə Rusiyadakı iqtisadi çətinliklər və rublun dəyərdən düşməsidir.
Əlvan metal ixracı ölkədə ümumi ixracın 50 faizini təşkil etdiyindən, dünya bazarlarında mis və bu qəbildən olan digər metalların dəyərdən düşməsi ölkəni daha da çətin vəziyyətə salıb.
Son zamanlar ölkəyə valyuta axınının həcmində də kəskin azalma qeydə alınıb. Belə ki, əgər 2014-2015-ci illərdə Ermənistana daxil olan valyutanın həcmi 700 milyon dollar azalmışdısa, cari ildə bu göstəricinin daha 140 milyon dollar azalacağı proqnozlaşdırılır.
Üstəlik, bu il Ermənistanın dövlət büdcəsində də kəsirin ötən ildəkinə nisbətən daha da çox olacağı bildirilir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı