Bakıda Mübariz İbrahimova heykəl qoyuldu
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun heykəlinin açılış mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, tədbir heykəlin ucaldıldığı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş tutub.
Mərasimdə Universitetin rektoru Mustafa Babanlı, Milli Məclisin deputatı, əməkdar jurnalist Elmira Axundova, “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə və digərləri çıxış edərək, Mübariz İbrahimovun həyatından və Vətən uğrunda göstərdiyi şücaətdən söz açıblar. Bildirilib ki, Mübariz İbrahimov öz şərəfli ölümü, qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut edib.
Sonda “Azərbaycanın Milli Qəhrəmanı” Mübariz İbrahimovun heykəlinin açılışı olub.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı