Azad Cavadov: "İnsanlar düşünür ki, bank bağlandısa, krediti qaytarmamaq olar"
"Bank Standard" QSC-də sığorta hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün həm də Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" QSC-nin ləğvedicisi təyin olunub: "Bununla da biz həm sığorta ödənişləri ilə məşğul olacağıq, həm də bankın ləğvedicisi kimi fəaliyyət göstərəcəyik. Dövlət çalışdı ki, sağlamlaşdırma tədbirləri ilə bankı sistemə qaytarsın, lakin bu mümkün olmadı. Bankı müflis etməklə daha az itkiyə məruz qalınmasına qərar verildi".
A.Cavadov əlavə edib ki, "Bank Standard" QSC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 603 mln. manat, qorunan əmanətlərin cəmi 568 mln. manat, kompensasiya olunan əmanətləri isə 460 mln. manat təşkil edir. O, ləğv olunmuş 11 bank qarşısında öhdəliyi olan şəxslərə müraciət edib və kredit götürən şəxsləri öz öhdəliyini yerinə yetirməyi çağırıb: "Mən burdan səslənərək bildirmək istəyirəm ki, hər kəs götürdüyü krediti qaytarmalıdır. İnsanlar düşünür ki, əgər bank bağlandısa, deməli, krediti qaytarmamaq olar. Bu, elə deyil. Əksinə, siz krediti qaytarmalısınız. Krediti ödəməlisiniz ki, qorunmayan əmanətçilərin əmanətlərini ödənilsin".
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən "Bank Standard" QSC-nin lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı