Rusiya son model raket sistemini ilk dəfə ölkə xaricində yerləşdirir - SURİYADA
Rusiya Suriyada ilə dəfə olaraq "Antey-2500" C-300B4 qabaqcıl hava hücumundan müdafiə sistemi yerləşdirib.
APA TV-nin məlumatına görə, bunu "Fox News" kanalına açıqlamasında ABŞ-ın hərbi mənbələrindən bildiriblər.
Amerikalı hərbçilər Rusiyanın yeni HHM sistemini gəmi ilə ötən həftənin sonunda Suriyanın Tartus limanına çatdırdığını deyiblər. Bu, ABŞ ilə Rusiya arasında Suriyaya dair geniş dialoqun dayandırıldığı zamana təsadüf edir. Bu addım həm də Rusiyanın Suriyada Bəşər Əsəd rejiminə hərbi dəstəyi davam etdirəcəyi anlamına gəlir.
"Antey-2500" C-300B4 sistemi 150 mil mənzilə malikdir və ilk dəfədir Rusiya sərhədlərindən kənarda yerləşdirilir. Sistem 250 km məsafədə olan hədəfləri - hərbi təyyarələri, qanadlı və ballistik raketləri iki ayrı raketlə vurmağa qadirdir. Suriyadakı terror təşkilatları bu cür silahlara malik olmadığı üçün bu sistemin ABŞ-ın Əsəd qüvvələrinə qarşı mümkün raket-aviasiya zərbələrini əngəlləmək məqsədilə Suriyada yerləşdirildiyi güman edilir.
Xatırladaq ki, Rusiya keçən ilin noyabr ayında Türkiyə tərəfindən hərbi təyyarəsinin vurulmasından sonra Suriyada “S-400” zenit-raket kompleksləri yerləşdirib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı