İngilis funtu son 31 ilin minimumunu yenilədi
İngiltərə funt-sterlinqinin dəyəri son 31 ildə ən minimum həddə qədər azalıb.
APA TV-nin "Financial Times"a istinadən məlumatına görə, bunu "Global Markets" şirkətinin eksperti Ceymi Çişlom bildirib.
4 oktyabr səhər saatlarına olan məlumata görə, funt-sterlinqin məzənnəsi 0,5 faiz azalaraq 1,27 dollara enib. Bu, 1985-ci ildən sonra ən aşağı göstərici hesab olunur.
"Bloomberg" analitiklərinin açıqlamalarına görə, ingilis valyutasının belə kəskin dəyər itirməsinin səbəbi ölkəni "Brexit"in ən acı nəticələrinin gözlədiyi ilə əlaqədardır. Daha bir ehtimal isə baş nazir Tereza Meyin İngiltərənin Avropa İttifaqından çıxması prosesinin 2017-ci ilin ilk rübünədək başa çatdırılması haqqında fikir səsləndirməsidir.
Qeyd edək ki, ölkədə referendum keçirildiyi tarixdən etibarən əsas valyuta olan funt-sterlinq 14 faiz dəyər itirib ki, bu da 1985-ci ildəki fiaskodan sonra ən kəskin dəyər itkisidir.
Bu arada, maliyyə bazarı mütəxəssisləri İngiltərənin fond indeksi olan və 16 ayda ilk dəfə dəyər qazanmış FTSE 100 indeksinin də kəskin azalacağını açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı