Müsavat başqanının müavini həbsdən buraxıldı
Müsavat Partiyası başqanının həbsdə olan müavini Fərəc Kərimli azadlığa buraxılıb.
Bu barədə APA-ya məlumat verən F.Kərimlinin vəkili Nemət Kərimli deyib ki, prezidentin imzaladığı sonuncu amnistiya aktının icrası ilə əlaqədar olaraq F.Kərimli cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, bu gün sərbəst buraxılıb.
Qeyd edək ki, Fərəc Kərimli və onun bitərəf olan qardaşı Sirac Kərimli 2014-cü ilin iyulunda narkotik dövriyyəsi ittihamı ilə həbs edilib. F.Kərimli 6,5 il, S.Kərimli isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Ali Məhkəmə F.Kərimlinin cəzasını 3 ilə endirib. S. Kərimli isə 17 mart 2016-cı il tarixində əfv olunub.
OXŞAR XƏBƏRLƏR
16:26
259
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
393
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
691
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
558
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
660
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
446