Kim Kardaşyan: "Qorxdum ki, məni zorlayacaqlar"

Parisdə qaldığı hoteldə qarət edilən erməni porno-ulduz Kim Kardaşyan Nyu-Yorkdakı evinə qayıdıb.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, o, əri, bacıları və anasının iştirakı ilə başına gələnlər barədə mətbuata açıqlama verib.

"Həmin gün mən Parisdə modelyer Azzedin Alay və bacıları Kendal və Kortni ilə gecə klubuna əylənməyə getdik. Cangüdənim Paskal Düvye yanımda idi. Otelə qayıdıb yatdım və birdən ayılıb, başımın üstündə beş maskalı şəxsin dayandığını gördüm. Onlar alnıma silah dayamışdı" - deyə o qeyd edib.

Kardaşyan onlara yalvararaq, iki uşaq anası olduğunu bildirib. Basqınçılar isə onun ağzını yapışqanla bağlayaraq, vanna otağına aparıblar.

 

Kardaşyan bildirib ki, həmin şəxslər fransız dilində danışıblar. "Onlar mənə "üzük", "üzük" deyə qışqırırdılar, 20 karatlıq üzüyü isə mənə ərim Kanye Uest hədiyyə etmişdi. Mən məcbur olub 4 milyon 500 min dollarlıq üzüyümü onlara verdim. Çünki qorxurdum ki, məni zorlayacaqlar", - deyə o bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR