Şəmkirdə toyda gəlinin atasını bıçaqladılar

Ötən gün Şəmkir şəhərində yerləşən şadlıq evlərinin birində toyda bıçaqlanma hadisəsi qeydə alınıb.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayon sakini Razim Rzayev qonşusunun qızının toyunda ağır dərəcəli sərxoş vəziyyətdə gəlinin atası, 46 yaşlı Azər Qasımovu və gəlinin bibisinin həyat yoldaşı, 59 yaşlı Etibar Məmmədhəsənovu bıçaqlayıb. Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Etibar Məmmədhəsənov bildirib ki, toyda Razim Rzayevlə aralarında heç bir narazılıq olmayıb. Qonaqları yol salan zamanı anidən sərxoş olan Razim gəlinin atası və bibisinin yoldaşını bıçaqlayıb.

 

Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə cinayəti törətməkdə şübhəli bilinən Razim Rzayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR