Balakəndə dəhşət: maşın parça-parça oldu, 4 nəfər öldü

Balakəndə baş verən dəhşətli yol qəzasında 4 nəfər ölüb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün  saat 5:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 147-ci km-də, Balakən rayonunun Qazma kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Balakən rayon sakini, 1987-ci il təvəllüdlü Anar Əlixan oğlu Saramanovun idarə etdiyi “Pejo” markalı 08 BF 305 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə Balakən istiqamətində hərəkətdə olarkən idarəetmənin itirilməsi səbəbindən yolun kənarındakı qoz ağacına çırpılıb və zərbənin gücündən bir neçə hissəyə bölünüb.

 

Qəza zamanı avtomobilin sürücüsü Anar Saramanov və  onun sərnişinləri, Balakən rayon sakinləri - 1985-ci il təvəllüdlü Əfqan Nəriman oğlu Doldalov, 1997-ci il təvəllüdlü Fazil Nurəddin oğlu Əzizov və 1998-ci il təvəllüdlü Musa Xəqani oğlu Orucov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Onların cəsədləri Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinin morquna aparılıb.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR