Manat bahalaşmaqda davam edir
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dollar oktyabr ayının 3-ü ilə müqayisədə manat qarşısında dəyər itirərək 1,6138 manat olub.
Avro da ucuzlaşıb. Avrozonanın vahid valyutası hazırda 1,8071 manat dəyərindədir.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0724 manatdır. Beləliklə, funt sterlinqin kursunda da ucuzlaşma qeydə alınıb.
Rusiya rublunun məzənnəsi artıb, Türkiyə lirəsi və Gürcüstan larisi isə ucuzlaşıb. Hazırda 1000 rublun məzənnəsi 25 manat 90 qəpik, 100 türk lirəsi isə 53 manat 36 qəpik, 100 lari hazırda 68 manat 97 qəpikdir.
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı