Neftin qiyməti maksimumu yeniləyir, “Brent” 51 dollara satılır
Birjalarda “Brent” neftinin qiyməti 51 dollar həddinə çatıb. APA TV-nin məlumatına görə, gecə seanslarında bu markadan olan neft 50,98 dollardan satılıb ki, bu da son iki ayın ən yüksək rəqəmidir. Səhər satışlar azaldığından qiymətlər 50,76 dollar səviyyəsinə enib. Qərbi Texas nefti də son ayların rekordunu yeniləyib.
WTİ nefti axşam seanslarında 48,87 dollardan satılıb, səhərə yaxın isə qiymətlər 20 sent ucuzlaşıb.
Qiymətlərin ucuzlaşma trendinə girməsinə iki amil təsir göstərir. Çində bayram günləri ilə əlaqədar birjalar işləmir, ABŞ-da isə bu gün ölkənin xam neft və benzin ehtiyatlarının həcminə dair növbəti hesabatlar açıqlanacaq. Ekspertlər ehtiyatların həcminin proqnozun üzərində olacağını ehtimal edir, bu səbəbdən bazarda təklifin tələbi üstələyəcəyi ehtimalları çoxdur. İlk hesabatı bu gün Amerika Neft İnstitutu açıqlayacaq, sabah isə ABŞ Energetika Nazirliyinin hesabatı dərc olunacaq. Digər tərəfdən, bazarda OPEK üzvü ölkələrin gündəlik hasilatı 33,5 milyon bareldən 32,5 milyon barelədək azaldacağına inam artmaqdadır, bu amil neftin qiymətini hələlik stabil saxlayır.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı