Dövlət Departamentindən Qarabağ münaqişəsi ilə bağlı növbəti açıqlama
ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması prosesini dəstəkləyir.
APA TV-nin məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Elizabet Trudo bəyan edib.
Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri qismində tərəflərlə fəal əməkdaşlığı davam etdirir: “Münaqişə üzrə uzunmüddətli mövqe, Minsk qrupunun həmsədri kimi, Helsinki Yekun Aktının güc tətbiq etməmək, ərazi bütövlüyünü və öz müqəddəratını təyin etmə kimi prinsiplərini əhatə edən beynəlxalq hüquqa əsaslanır”.
E.Trudo qeyd edib ki, sülhə görə məsuliyyət hər iki dövlətin liderlərinin üzərinə düşür və münaqişənin nizama salınması yollarının axtarışında ölkə rəhbərlərinin cəhd göstərmələri vacibdir.
OXŞAR XƏBƏRLƏR
16:26
259
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
391
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
690
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
558
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
660
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
446