Bakıda 17 yaşlı yeniyetmə küçənin ortasında döyüldü

Bakının Nərimanov rayonunda döyülmə hadisəsi baş verib. APA TV-nin məlumatına görə, insident Ağa Nemətulla küçəsində qeydə alınıb.

 

17 yaşlı Fərid Ələkbərov tanışları tərəfindən küçənin ortasında döyülüb. Çoxsaylı sınıq xəsarətləri alan Fərid Ələkbərov hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasında çatdırılıb. Həkimlər yaralının kəllə-beyin travması və alın sümüyünün sınığı xəsarətləri aldığını deyiblər.

 

Hadisə barədə xəstəxanadan polisə məlumat verilib. Yaralını dindirmək hələlik mümkün olmayıb. Faktla əlaqədar araşdırmalar davam edir.

 

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR